Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.

“Report”un məlumatına görə, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.

Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi dənizdə tapılan meyitlərlə bağlı məlumat yayıb.

FHN-in saytının məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.

Meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.