ABŞ-dan Bakıya dönən hüquqşunas saxlanılıb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ali hüquq təhsilini başa vurub, yenicə Bakıya dönən hüquqşunas Emin Aslan saxlanılıb. 

Bu haqda onun yaxınları Facebookda yazıb.

Məlumata görə, Emin Aslanı iyunun 4-də günortadan sonra “Park Bulvar” alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfər saxlayıb. Həmin şəxslərin Emin Aslanın onlarla bərabər polisə getməsini istədikləri deyilir.

Amma Emin Aslanın, hələlik, yerini müəyyən etmək mümkün olmayıb.

Yaxınları demələrinə görə, artıq olayla bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət ediblər. DİN-dən hüquqşunasın yaxınlarına əlavə məlumat verilmədiyi söylənir.

Verilən məlumata görə, nazirliyin “102” xidmətindən ərazi üzrə polisə müraciət olunması tövsiyyə olunub.