Azər Qasımlının həbs müddəti bitib

Azər Qasımlı

Mayın 29-da 30 sutka inzibati cəza alan ReAL İdarə Heyətinin üzvü Azər Qasımlının həbs müddəti bitib və o, bu gün azad edilib.

A.Qasımlı iyunun 28-i səhər saatlarında evinə buraxılıb.
Bu barədə onun həyat yoldaşı Samirə Qasımova məlumat yayıb.
A.Qasımlı mayın 29-da saxlanılmışdı. A.Qasımlı polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilirdi. Bununla belə A.Qasımlının hansı şəraitdə polisin tələbinə əməl etməməsi məlum deyil.