Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqdə şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster iştirak edəcəklər”, məlumatda vurğulanır.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tez-tez belə monitorinqlər keçirilir.