Azərbaycanın AŞPA-da nümayəndə heyətinə yeni iki üzv təyin edilib

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

Milli Məclisdən verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə deputatlar Naqif Həmzəyev və Çingiz Qənizadə daxil edilib. Hər iki deputatın qurumun iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

AŞ PA-nin nümayəndə heyətinin üzvləri Rövşən Rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.