Bağçada azyaşlıya işgəncə verən tərbiyəçi saxlanılıb

0

Bakıda “Kids Studio” Uşaq Mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Turan-a bildirib.

Bir neçə gün öncə facebook-da “Kids Studio” Uşaq Mərkəzində tərbiyəçinin azyaşlı uşaqlarla kobud davranışı əks olunmuş video yayılıb. Video geniş ictimai tənqidə səbəb olub. Bundan sonra mərkəzin rəhbərliyi “Kids Studio”nun bağlandığını, tərbiyəçinin işdən uzaqlaşdırldığını bildirib.

Orxan Mənsurzadənin sözlərinə görə, faktla bağlı Bakınımn Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.