Bayram günlərinə olan hava proqnozu açıqlanıb

Azərbaycanda qarşıdakı bayram günlərinə olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

İyun ayının 15-də və 16-ı gündüz saatlarında ölkədə hava şəraiti sabit keçəcək, hava əsasən yağmursuz olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25-30, Mərkəzi Aran rayonlarında 30-35, dağlıq ərazilərdə 17-22 dərəcə təşkil edəcək.

Lakin 16-sı axşam isə bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.

Qeyd edək ki, bu ilin iyunun 15 və 16-da Ramazan bayramı qeyd olunacaq.