CHP-li keçmiş millət vəkili Eren Erdem saxlanılıb

Türkiyənin Cümhuriyyət Halk Partiyasının keçmiş millət vəkili Eren Erdem polis tərəfindən saxlanılıb.

Abzas.net verir ki, bu barədə Eren Erdem öz “Twitter” hesabında məlumat verib.

“An etibarı ilə göz altına alındım. Səbəbini bilmirəm. Polislər tərəfindən evimin önündə saxlanıldım. Mətbuatın məlumatı olsun”, – deyə, millət vəkili bildirib.

Eren Erdem Türkiyə Böyük Millət Məclisinin 25 ve 26-cı dönəm İstanbul millət vəkili olub.

Onun səlahiyyət müddəti 24 iyunda keçirilən növbədənkənar parlament seçkilərindən sonra bitib.