İTV-yə yeni baş direktor seçildi

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.

İclasda Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

MTRŞ-nin elan etdiyi müsabiqədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı sənəd vermişdi. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu idi.
B.Qasımov İTV-də baş direktorun müavini postunu tuturdu.