Mövlud Çavuşoğlu: “Terrorçular iyulun 4-də Menbiçin mərkəzini tərk edəcəklər”

“Terrorçu PKK/YPG-PYD qruplaşması iyulun 4-də Suriyanın Menbiç şəhərinin mərkəzini tərk edəcəklər”.

Türkiyənin “Hürriyet” nəşri xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir ABŞ-ın Menbiçdəki terror qruplaşmalarına verdiyi silahların gələcək taleyi ilə bağlı sualı da cavablandırıb: “ABŞ silahları necə veribsə, elə də geri alacaq”.

“F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsi tarixindən danışan M.Çavuşoğlu bildirib: “Təyyarələr mütləq təhvil veriləcək. 2020-ci ilədək təlim keçiləcək. 2020-ci ildə isə təyyarələr Türkiyəyə təhvil veriləcək”.