Sabaha olan hava proqnozu açıqlanıb

0

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

İyunun 13-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Abşeronda gecə 15-18, gündüz 23-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da arabir şimşək çaxacağı, yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi ehtimal olunur. Gecə 12-17, gündüz 26-31, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti təxmin edilir.