Sumqayıt Dövlət Universitetinin əsas binasında sütunlu tavan çökdü

Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb.

Bu barədə SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib.

O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.

N.Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib.