Əliyev rejimin zülm və istibdadının hüdudları yoxdur- FOTO

0

Bu şəkilə diqqətlə baxın. Xərəkdə məhkəmə zalına gətirilib 15 il azadlıqdan məhrum edilən Əbülfəz Bünyatovdur şikəst edilmiş bu şəxs. 2015-ci ilin noyabrında DİN-in əməliyyat qrupu onun evinə hücum etmişdi. Orada ibadət edən dinc insanlar gülləyə tutulmuşdu. Sərsəm bir ssenari əsasında həyata keçirilən əməliyyat zamanı ikisi polis olmaqla 5 nəfər həlak olmuşdu. Həyatını itirən 6-cı nəfəri isə əməliyyat zamanı həbs olunub mebel maşınında polis idarəsinə gətirən zaman döyüb öldürmüşdülər. Mebel maşınında vəhşicəsinə döyülüb öldürülən şəxs Əbülfəz Bünyatovun yaxın qohumu Fərahim Bünyatov idi. Əbülfəz özü onurğa sütunundan güllə yarası alıb ömürlük şikəst etmişdilər. Onun bədəninin yarıdan çoxu iflic olub, sərbəst hərəkət imkanların itirib, adamı əlil ediblər. Bunlar azmış kimi şikəst etdikləri adamı xərəkdə məhkəməyə gətirib ona 15 il iş oxuyublar. Bu 15 ilin 3 ilini yataq xəstəsi Qobustan qapalı həbsxanasında çəkməlidir. Hakim zala daxil olanda ayağa qalxmağa fiziki imkanı olmayan, oxunan hökmü xərəkdə uzanmış formada dinləyən şikəst etdikləri şəxsə 15 il cəza kəsilib. Əliyev rejimin zülm və istibdadının hüdudları yoxdur. Sonra da deyirlər ki, xalq bunlara niyə nifrət püskürür? İnsanlarda hakimiyyətə qarşı kükrəyən bu qəzəb haradandır?

Cəmil HƏSƏNLİ