Erdogan Azərbaycana gəlir

İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan Azərbaycana birgünlük rəsmi səfər edəcək.

O, Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.

Səfər zamanı hər hansı sənədin imzalanması gözlənilmir.

Bu, iyunun 24-də prezident seçkisində 52 faizlə qalib gələn Ərdoğanın ilk xarici səfəridir.

Erdogan Bakıdan birbaşa Şimali Kipr Türk Respublikasına, iyulun 11-də isə Brüsselə yollanacaq. Türkiyə prezidenti iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

Adətən, Azərbaycanda və Türkiyədə seçkilərdən sonra dövlət başçıları ilk səfəri qardaş ölkəyə edirlər.

Əvvəlki məqaləƏfqan Sadıqov və daha bir neçə nəfər paylaşımlarına görə həbs olunub
Növbəti məqalədəAvropa Məhkəməsi 25 şikayəti araşdırmağa başlayıb