Eyni adamların rəhbərlik etdiyi 60-dan çox yeni şirkət yaradılıb

Vergilər Nazirliyi eyni adamların rəhbərlik etdiyi 61 yeni şirkəti dövlət qeydiyyatına alıb.

Bu barədə nazirliyin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Həmin şirkətlərin qanuni təmsilçisi 16 nəfərdir. Eyni adamların rəhbərlik etdiyi şirkətlər eyni hüquqi ünvanlarda (həm paytaxt Bakıda, həm də regionlarda), simvolik məbləğdə nizamnamə kapitalı (2-20 manat) ilə, MMC formasında qeydiyyatdan keçiblər. Onların hansı məqsədlə yaradıldığı hələ ki, məlum deyil.