Fransa dünya çempionu oldu

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulub.

Moskvadakı Lujniki stadionunda keçirilən final qarşılaşmasında Fransa və Xorvatiya milliləri üz-üzə gəlib. 4:2 hesabı ilə qalib gələn Fransa dünya çempionatının qalibi olub.

Bununla da Fransa tarixində ikinci dəfə dünya çempionatının kubokunu qazanıb. İlk dəfə bu uğura 1998-ci ildə nail olublar.