Gəncə hadisələri ilə bağlı iki şəxs axtarışda

0

İyulun 10-da Gəncədə yüksəkrütbəli iki polis zabitini qətlə yetirməkdə şübhəli bilinən iki şəxs axtarışdadır.

Bu haqda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinın açıqlamasında deyilir.

Axtarışda olan şəxslərin Gəncə şəhər sakinləri, əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Böyükkişiyev və Fərrux Qasımov olduğu deyilir.

«Onlarin həbsi üçün intensiv iş aparılır», – açıqlamada qeyd olunur.