Gəncə olayları ilə bağlı yeni həbslər

 Ölkənin hüquq-mühafizə orqanları hökumətyönlü KİV-lərə iyulun 10-da Gəncədə baş vermiş iğtişaşlara bağlı iş üzrə yeni həbslər haqqında növbəti məlum sızdırıb.

Xüsusən, Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov və Alim Yusifovun həbs edildiyi bildirilir. Onlar terror aktı və iğtişaşları planlaşdırmaqda və təşkil etməkdə ittiham olunurlar.

Xüsusən, Ceyhun Qurbanov terror aktı hazırlamaq və məlumatı iyulun 3-də Vəliyev atəş açan Yunis Səfərova ötürmək məqsədilə Gəncə meri Elmar Vəliyevi izləməkdə təqsirli bilinir.

Vüqar Allahverdiyev və Ülvi Həsənov iyulun 10-da iğtişaşlarda fəal iştirak etməkdə ittiham olunur.

Alim Yusifov Şəmkir rayonundan vətəndaşların kütləvi iğtişaşlarda iştirak etmək üçün Gəncəyə gəlməsini təşkil etməkdə ittiham olunur.

Xatırladaq ki, hüquq-mühafizə orqanları iğtişaşlarda iştiraka və polislərə hücuma görə 20-yə yaxın insanı həbs edib.

Bundan başqa, xaricdə yaşayan bir neçə nəfər barəsində etirazlarda iştiraka çağırışa görə axtarış elan edilib.