Gürcüstan müxalifəti seçkiyə birgə gedəcək

Gürcüstanın 9 müxalifət partiyası prezident seçkiləri ilə bağlı birlik yarada bilər. Bununla bağlı “Yeni Gürcüstan” partiyasının ofisində siyasi məsləhətləşmələr keçirilib.

“Yeni Gürcüstan” partiyasının lideri Giorgi Vaşadze bildirib ki, birləşmiş müxalifətin prezident seçkilərində vahid namizədi olacaq.

Müxalifət partiyaları məsləhətləşmələrə hakim “Gürcü Arzusu” partiyası ilə bağlı olmayan, Qərb əleyhinə və Rusiyaya meylli siyasət aparmayan bütün siyasi qüvvələri dəvət ediblər.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.