İstiqlalçı deputat vəfat etdi

1990-1995-ci illərdə Azərbaycan parlamentinin üzvü olmuş, istiqlalçı millət vəkili Məryəm Həsənova iyulun 29-da vəfat edib.

Azərbaycanın Müstəqillik Aktına imza atan 43 istiqlalçı deputatdan biri, Müsavat Partiyasının Məclis üzvü Məryəm Həsənova Siyəzən rayonunda yataqxanada yaşayırdı.

1990-cı ildə Siyəzən rayonundan deputat seçilən Məryəm Həsənova həmin dövrdə məktəb direktoru işləyib. Ali Sovetin “Demokratik Blok” fraksiyasının üzvü, 1990-cı ilin mart referendumuna etiraz olaraq aclıq aksiyası keçirən 10-nəfərdən biri idi.

İstiqlalçı deputat olsa da, o, millət vəkili kimi pensiya ala bilmirdi.