Klublarımız Avropa liqasına çıxa bilmədilər

Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

Məlumatına görə, cavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxıb. Öncə Bakıdakı matç start götürüb. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul edib. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini 2:1-lə çıxsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb.

“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşüb. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşını tək qolla alıb. Amma Stiv Monrozun vurduğu qol turu keçməyə kifayət etməyib. “Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı olub. Bakılılar 3:1 hesablı qələbədən sonra səfərə üstün yollansa da, meydan sahibləri paytaxt təmsilçisini şoka salıb. Roberto Bordnin komandası 0:4 hesablı darmadağınla Budapeştdən boynubükük dönür.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

19 iyul

“Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) – 4:0

Qollar: Litauski, 19, Sankoviç, 21, Zoster, 50, Obinna Nvobodo, 65

İlk oyun – 1:3

“Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) – 0:1

Qol: Monroz, 28

İlk oyun – 2:0

“Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta) – 2:1

Qollar: Sezar Meza Kolli, 11, Slavik Alxasov, 90+1 – Maydevaç, 90+6

İlk oyun – 1:4