“Mətbuat azadlığına hörmət edilməsi Fransanın Azərbaycanla münasibətlərinin şərti olmalıdır”

“Sərhədsiz reportyorlar” təşkılatı Azərbaycan prezidenti İlham Əliyevin Parisə iki günlıük səfəri ilə əlaqədar bəyanatla cıxış edib.

Təşkilat Avropa liderlərini Azərbaycanla münasibətlərin qurilmasında mətbuat azadlığına hörmət olunmasını nəzərə almağa cağırıb.

“Sərhədsiz reportyorlar” Əliyevin cümə günü Makronla nahar edəcəyinə diqqət cəkərək bundan əvvəl onun Brüsseldə AB ilə Azərbaycan arasında Tərəfdaşlığın prioritetlərinə dair danışıqları tamalamaq ücün qəbul edildiyini xatırlayır. Və təşkilat xüsusi vurğulayır ki, həmin sənəddə Avropa Parlamentinin 4 iyul tarixli qətnaməsinə reğmən insan hüquqları ilə bağlı konkret tələblər yoxdur.

Bu arada isə Mətbuat azadlığına dair indeksdə 180 ölkə sırasında 163-cü yeri tutan Azərbaycanda son müstəqil jurnalistlərin təqib olunması davam edir.

“Prezident Əliyev Avropada irəliləməyi davam edir hərçənd ki, ölkədə mətbuat azadlığının boğulması hələ hec vaxt belə yüksək həddə olmamışdl”, – deyə bəyanatda bildirilir.

“Artıq zaman catıb ki, Avropa liderləri Azərbaycanla münasibətlərini rəsmi Bakının beynəlxalq öhdəliklərinə riayət etməsilə şərtləndirsinlər. Bu şərtlərin sırasında qanunsuz həbs olunmuş jurnalistlərin azad olunması və müstəqil KİV-lərin təqib olunmalarına son qoyulması da daxil olmalıdır”, – daha sonra sənəddə bildirilir.

Son qurbanlar arasında Azel.tv-nin rəhbəri Əfqan Sadıqov ğöstərilir.

18 ay saxta ittihamlarla həbs cəkmiş Sadıqov azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə çox aktid idi.

6 iyulda o yenidən saxlanıldı.

Beş gün sonra vəkili və ailə üzvüləri onun xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs olunduğunu öyrənə biliblər.

Mətbuata daha bir hücum Gəncə şəhərində baş verən faciyəvi hadisələr əsnasında olub.

Burada iyulun 3-də icra başçısına edilən sui-qəsdən 1 həftə sonra iki polis zabitinin öldürülməsilə nəticələnən iğtişaşlar baş verib.

Bu hadisələrlə əlaqədar 4 sayt baş prokurorluğun təşəbbüsü ilə məhkəmə qərarı olmadan bloklanıb.

Bunların sırasında müxalif “Müsavat” partiyasını dəstəkləyən və insan hüquqlarının pozulması, secki saxtakarlıqları və korrupsiya barəsində yazan Bastainfo.com saytı da var.

Onun redaktoru Mustafa Hacıbəyli 5 gün ərzində hər gün prokurorluqda sorğu-sual edilib.

14 iyulda saytın başqa əməkdaşları da prokurorluğa cağırılıblar.

Hakimiyyət 2017-ci ilin martından artıq bir neçə aparıcı müstəqil xəbər saytlarına çatımı məhdudlaşdırıb.

Bundan başqa ən populyar KİV-lər maliyyə və ya güc yolu ilə qapadılıb.

KİV-lərə dəstək verən QHT-lərə cinayət təqibləri olub.

Hazırda ən azından 11 jurnalist və iki bloger həbs yerlərində saxlanılır.

KİV-lərdə fikir müxtəlifliyini aradan qaldıran Əliyev onun media-tənqidçilərini həmin şəxslər xaricə qaçandan sonra da təqib edir, deyə sonda “Sərhədsiz reportyorlar” təşkılatının bəyanatında bildirilir.