Milli Mətbuat Günü – 143

Azərbaycan qəzetləri

Bu gün Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur.

1875-ci ilin bugünü maarifçi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub.

1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

Sonrakı illərdə Azərbaycanda “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib.

1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat orqanları Kommunist Partiyasının nəzarəti altında olub.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çoxlu sayda qəzetlər dərc olunub. 1998-ci il avqustun 6-da Azərbaycanda senzura ləğv edilib.

Hazırda ölkədə 5 mindən çox nəşr var. Onların böyük əksəriyyəti hökumətin nəzarəti altındadır. Beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycanda tənqidi səslərin boğulduğuna diqqət çəkiblər. Bunun nəticəsi olaraq bu gün Azadliq Radiosuna, Meydan TV-yə, “Azadliq” qəzetinə, “bastainfo.com”, “criminal.az” və digər saytlara blok qoyulub. Meydan TV ilə əməkdaşlıq edən jurnalstlərin ölkədən çıxışı qadağan edilib.

Hazırda ən azından 11 jurnalist və iki bloger həbsdədir. Onların arasında jurnaslitlər Seymur Həzi, Əfqan Muxtarlı, blogerlər Mehman Hüseynov, Rəşad Ramazanov da var.