Müsavat Partiyasının fəalı həbs edilib

Müsavat Partiyasının Cəlilabad rayon təşkilatının üzvü Vüqar Rzalı iyulun 12-də yerli məhkəmə tərəfindən inzibati qaydada 20 günlük həbs edilib.

Bu barədə Müsavat Partiyasından məlumat verilib: “Rzalı iyulun 11-də heç bir izahat verilmədən saxlanılıb. V.Rzalının həbsi Müsavat Partiyasında və sosial şəbəkələrdə fəallığı ilə bağlıdır”.