Naxçıvanın icra başçısı dəyişdi

Naxçıvan şəhərinə yeni icra hakimiyyəti başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı iki sərəncam verib. Birinci sərəncamla Vüqar Səfərov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla isə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mirsənani Seyidov Naxçıvan MR-nın nəqliyyat naziri olub.