Qarabağın açarı millətin əlindədir

Ağdamın işğalının 25-ci ildönümü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri siyasi partiyalar, QAT üzvləri və ictimayyət nümayəndələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər.
VHP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Felmar Ələkbərli çıxışında Ağdamın işğalından danışıb, bildirib ki, Ağdam ən çox şəhid verən rayonlardan biri olub. O qeyd edib ki, biz millət olaraq bu işğala barışa bilmərik. Qarabağ işğalda olduğu hər gün biz xəcalətlə yaşayırıq, bu xəcalətə son verməliyik. Qarabağı işğaldan azad etdiyimiz gün bizim şərəf və qürur günümüz olacaq. O zaman şəhidlərin, Qarabağ uğrunda həlak olanların ruhları şad olacaq.
F.Ələkbərli həmçinin bildirib ki, deyilənlərdən fərqli olaraq Qarabağın açarı Moskvanın yox, bizim millətin əlindədir, biz millət olaraq Qarabağı azad etməliyik.
Sonda VHP üzvləri Azərbaycanın Milli Qəhramanı, mərhum jurnalist Salatın Əsgərovanın da məzarını ziyarət ediblər.