Türkiyə silahlı qüvvələri Müdafiə nazirliyinə tabe edildi

Türkiyədə Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə (Milli Savunma) Nazirliyinin birbaşa tabeliyinə verilib.

Bu barədə Türkiyə cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.

Həmçinin Türkiyə Ali Hərbi Şurasının strukturu da dəyişdirilib.  Türkiyə cümhurbaşkanının yardımçıları,  Xəzinə və maliyyə naziri, Təhsil naziri Ali Hərbi Şuranın üzvü olacaq.

Ali Hərbi Şura isə Türkiyə cümhurbaşkanının müəyyənləşdirəcəyi cümhurbaşkanı yardımçısının çağırışı ilə ildə ən azı bir dəfə toplanacaq. Cümhurbaşkanı da lazım olan zaman Ali Hərbi Şuranın iclasını çağıra biləcək.