Türkiyədə 18 mindən çox dövlət qulluqçusu işdən qovuldu

0

Türkiyədə 18 mindən çox dövlət qulluqçusu işdən gənarlaşdırılıb.

Reutersin məlumatına görə,onlar ölkənin “milli təhlükəsizliyinə” qarşı fəaliyyət göstərən qrupla əlbir olmaqda şübhəli bilinirlər.

İyulun 8-də dərc olunan fərmanla 3 qəzet və 1 televiziya kanalı da daxil olmaqla 12 Asosasiya bağlanıb.

Təkcə baş təhlükəsizlik idarəsindən 9 min nəfər qovulub.Həmçinin elmi institutların 199 əməkdaşı işdən kənarlaşdırılıb.

Bu addım,ölkədəki mövcud fövqəladə vəziyyət rejiminin bu ay aradan qaldırılmasının mümkünlüyü fonunda baş verir.

Fövqəladə vəziyyət rejimi 2016-cı il uğursiz qiyam cəhdindən sonra tətbiq edilib.

İşdən çıxarılanlar, dövlət məmurları üçün nəzərdə tutulan imtiyazlarından məhrum edilir və indən belə dövlət qurumlarında çalışa bilməzlər.

Türkiyə hakimiyyəti hesab edir ki, 2016-cı ildə baş verən çevriliş cəhdini hazırda ABŞ-da yaşayan ilahiyatçı Fətullah Gülen təşkil edib.

Gülen ittihamı rədd edir.

Həmin çevriliş cəhdindən bu yana dövlət məmurları, jurnalistlər, müəllimlər və hərbşilər də daxil olmaqla ölkədə 10 minlərlə adam saxlanıb və ya həbs edilib.

Bundan başqa 10 minlərlə adam işdən gənarlaşdırılıb.

“Amnesty İnternational” da daxil olmaqla hüquq-müdafiə təşkilatları ölkədə aparılan bu təmizləmələri kəskin tənqid edirlər.

Həmçinin Avropa Birliyi və ABŞ-da daxil olmaqla bir çox dünya ölkələri Türkiyə hakimiyyətinin bu addımını dəfələrlə pisləyiblər.

Bu hadisələrə görə Türkiyənin bir sıra ölkəlkərlə münasibətləri korlanıb.