Uruqvay Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəlib

Futbol üzrə Dünya Çempionatı – 2018 çərçivəsində ikinci 1/8 final oyunu keçirilib.

Gərgin keçən oyunda Uruqvay və Portuqaliya yığmaları qarşılaşıb. Oyun uruqvaylıların 2:1 hesablı qələbələri ilə başa çatıb.

Beləliklə, Uruqvay millisinin  DÇ-nin ¼ finalında rəqibi Fransa yığması olacaq. Uruqvay-Fransa matçı iyulun 6-da 18:00-da keçiriləcək.

Bu gün keçiriləcək dünya çempionatı 1/8 final mərhələsi

1 iyul

18:00. İspaniya – Rusiya

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu

22:00. Xorvatiya – Danimarka

Baş hakim: Nestor Pitana (Argentina)

Nijni Novqorod. Mərkəzi stadion