Yarım ildə 306 nəfər QİÇS-ə yoluxub

2018-ci ilin 6 ayında Azərbaycanda azı 306 nəfərin QİÇS-ə yoluxduğu aşkar edildiyi bildirilir.

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, yeni aşkarlanan xəstələrin 298-i Azərbaycan, qalanları əcnəbi vətəndaşlardır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə QİÇS infeksiyasının aşkar olunduğu 1987-ci ildən bəri QİÇS-lə Mübarizə Mərkəzində 7061 nəfər qeydiyyata götürülüb. Onların əksəriyyəti-6833 nəfəri Azərbaycan vətəndaşıdır.

Qeydiyyata götürülənlərin 5137-i kişi, 1924-ü qadındır.

Qeydiyyata götürülmüş 7061 xəstənin 43 faizi QİÇS-ə inyeksion narkotik istifadəsi nəticəsində yoluxub.