Yük maşını avtobusla toqquşub, bir nəfər həlak olub, 12 nəfər yaralanıb

Bakının Qaradağ rayonunda (Bakı-Qazax rayonunun 21-ci km) bu gün marşrut avtobusu ilə KAMAZ yük maşınının toqquşması nəticəsində 1 nəfər həlak olub və 12 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, 10 zərərçəkmiş xəstəxanaya yerləştirilib, qalanlarına ambulator yardım göstərilib.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, sükan arxasında yuxulayan yük maşını sürücüsü təqsirlidir, maşın sürətli bir şəkildə 149 nömrəli marşrut avtobusu ilə toqquşub.

Nəticədə avtobus aşıb.