ABŞ Konqresinə seçiləcək ilk müsəlman qadın

0
Raşida Tlaib

Noyabrda keçiriləcək seçkidə Miçiqan ştatının 13-cü dairəsindən Raşida Tlaib adlı demokrat namizədin Konqresin Nümayəndələr Palatasına üzv seçilməsi çox yüksək ehtimal kimi qiymətləndirilir. Bu dairədə demokrat seçicilər çoxluq təşkil edir.

Raşida Tlaib vəkildir, 42 yaşı var. Fələstinli atanın övladıdır, ABŞ-da doğulub. Daha əvvəl Miçiqan ştatının qanunverici orqanında təmsil olunub.

Hazırda ABŞ vətəndaşlarının 1,1%-i müsəlmandır və sayları artır.