Bələdiyyə müəllim və tələbələr üçün ictimai nəqliyyatı pulsuz edib

Sentyabrın 17-dən Gürcüstanın Zuqdidi şəhərində ictimai nəqliyyatı tələbələr və müəllimlər üçün pulsuz olacaq.

Bu barədə Zuqdidi bələdiyyəsinin meriyası xəbər verir.
Universitet, orta məktəb, peşə məktəblərinin tələbə, şagird və müəllimləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.
Bu iş üçün rayon meriyası 20 min lari ayırıb (8 min dollara yaxın).
2017-ci ildə rayon administrasiyasının başçısı vəzifəsinə seçilən Lasha Gogia bu barədə seçki vədi vermişdi.
Qeyd edək ki, bu günlərdə Azərbaycanda isə ictimai nəqliyyatda gediş haqqı 50% qaldırılıb.