Berlində azərbaycanlı fəallar aksiya keçirib

‘Merkel Azərbaycan xalqının mənafeyini enerji maraqlarına qurban verməməlidir”

Avqustun 22-də azərbaycanlı fəallar Almaniyanın paytaxtı Berlində kansler Anqela Merkelin iqamətgahı qarşısında aksiya keçiriblər.

Aksiya etmələrinə səbəb A. Merkelin regiona, o cümlədən Azərbaycana səfəri olub.

Tədbirdə kanslerdən Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəndə insan haqları və siyasi motivlərlə həbs edilənlərin azadlığa buraxılması mövzusunu diqqətdə saxlaması istənilib:

“Azərbaycanda mətbuat da azad deyil. Bu mövzu da müzakirə edilməlidir. Anqela Merkel Azərbaycan xalqının mənafeyini enerji maraqlarına qurban verməməlidir”.