Konvensiyanı son razılaşma saymaq tələskənlikdir

“Bu konvensiyanın əsas mahiyyəti odur ki, Putin sərhəd ölkələrdən “NATO-nu Xəzərə soxmayin” təminatı almış oldu”

Elman Fəttah

Xəzərin hüquqi statusuna dair konvensiya imzalandı.

Xəzərin statusu ilə baglı indiyə qədər imzalanan sənədlərin heç biri onun hüquqi statusana aid deyildi. Indiyə qədər imzalanan razılaşmalarda Rusiyanın xeyrinə cəmi bir sənəd, “başqa ölkələrin hərbi gücü”nün olmaması razılaşması vardı.

Konvensiyanı son razılaşma saymaq məncə tələskənlikdir.
Hələ də Xəzərin göl, yoxsa dəniz olması aydın deyil. Beynəlxalq təcrübədə “su abarı” adlı ilk razılaşmadır, deyəsən bu. Statusun Dəniz huququna görə bolünəcəyi yoxsa, göl kimi sərhəd ölkələrin sahilindən “25 mil” şəklində həll ediləcəyi, yoxsa Xəzərlə baglı əvvəlki müqavilələrin əsasindami həll ediləcəyi məsələsinə aydınlıq gətirilməyib.
1.ilk dəfə Türkmənçay müqaviləsində Xəzərlə baglı Rusya İran razılaşması var. Əsas maddə budur ki, İran Xəzərdə donanma saxlaya bilməz.
2. 1921-ci ildə Rusya İran dostluq müqaviləsinin 11-ci maddəsində bu qadaga götürülüb.
3. 1935-ci ildə imzalanan müqaviləyə görə Xəzər “Sovet İran dənizi” adlandırılıb və sərbəst hərəkət razılaşması imzalanıb.
4.1940-ci il müqaviləsində isə balıqçiliq ticarəti məsələsi və 1935-ci il anlaşmasının dəqiqləşməsi ifadə olunub.
Yəni, indiyə qədər Xəzərlə baglı imzalanan müqavilələrdə status məsələsi müəyyən edilmədiyinə görə əvvəlki müqavilələrə görə də indi imzalanan konvensiyaya töhvə vermək mumkun deyil.
Azərbaycanın maraqlarına yaxın yeganə müqavilə 1998-ci ildə Rusya və Qazaxistanla imzalanan “dənizin dibinin bölünməsi” razılaşmasıdır ki, bu da su səthinə aid olmadığı üçün, yenə də status həllinə əsas ola bilmir.
İmzlanan konvensiya ilə bağlı prezidentlərin heç biri qəti danışmayıb. Hamısı gələcəklə bağlı arzularını bildirib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi, xəzəryanı ölkələr arasında yeni tərəfdaşlıq səviyyəsində müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanı açır.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev vurğulayıb ki, tərəflər konvensiyanın müddəalarını həyata keçirmək məqsədi ilə “xarici işlər nazirliklərinin himayəsi ilə beştərəfli məsləhətləşmələrdən ötrü xüsusi mexanizm” yaratmaq razılığına gəlibl
İlham Əliyev də vurğulayıb ki, sammitdə (??) qəbul edilən qərar, əməkdaşlığın gələcəkdə daha da inkişafına xidmət edəcək. Və əlavə edib ki, “Xəzərin hüquqi statusunun müəyyən edilməsi, dənizin dibi və səthinin beynəlxalq qanun əsasında bölünməsinə xidmət edəcək”. Yəni Xəzərin dibi ilə bağlı indiki vəziyyətin dəyişəcəyinə razılaşıb.

Bu konvensiyanın əsas mahiyyəti odur ki, Putin sərhəd ölkələrdən “NATO-nu Xəzərə soxmayin” təminatı almış oldu.

İmzaların mürəkkəbi qurumamış İran prezidenti Hassan Rohani bildirib ki, Xəzərin dibindəki neft və qaz sərvətlərinin bölünməsi sahilyanı ölkələr arasında yeni razılaşma tələb edir.
Anlaşılan, konvensiya Azərbaycanın sektorundakı yataqların mübahisələndirilməsi üçün hüquqi baza rolunu oynayacaq.