Robert Koçaryan şərti azadlığa buraxılıb

Robert Koçaryan

Ermənistanın Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın barəsindəki həbs-qətimkan tədbirini dəyişdirib və onu polis nəzarəti altında olmaqla şərti azadlığa buraxıb.

Məlumatı “Ria Novosti”-yə vəkil Ruben Saakian verib.

Vəkil deyib ki, Apelyasiya Məhkəməsi sabiq prezidentin müdafiə iddiasını təmin edib.

Robert Koçaryan iyulun 28-də Yerevan Şəhər Məhkəməsinin qərarı ilə həbs olunmuşdu.

Sabiq prezident Robert Koçaryan 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Hadisələr nəticəsində 10 nəfər ölüb.

Əvvəlki məqalə“Həbsdə olanların hamısı azad edilməlidir”
Növbəti məqalədəİlqar Məmmədovun azadlığı ümidverici hadisədir