“Sərhədsiz reportyorlar” Merkeldən Azərbaycan səfəri öncəsi nələri tələb edir?

“Sərhədsiz reportyorlar” Almaniya kansleri Angela Merkelə mətbuat azadlığının pozulması ilə bağlı müraciət edib və avqustun 25-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı jurnalistlərin azad edilməsini tələb etməyə çağırır.

Azərbaycan dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələrdəndir, hazırda 8 jurnalist və iki bloger həbsxanadadır. Həmçinin Merkelin səfər edəcəyi azərbaycanlı mühacir jurnalistlər də təzyiq altındadır.

2017-ci ildə oğurlanan jurnalist hələ də həbsdədir. Almaniyada İlham Əliyevin tənqidçiləri olan mühacirlər də hədələnir.

“Almaniya hökuməti Azərbaycanda jurnalistlərlərə görə məsuliyyət daşıyır. Çünki İlham  Əliyevlə siyasi əlaqələri inkişaf etdirməklə yanaşı maliyyə cəhətdən onun rejimini dəstəkləyir”, – deyə təşkilatın icraçı direktoru Kristian Mixr bildirir.

“Angela Merkel Bakıda olanda izah etməlidir ki, mətbuat və ifadə azadlıqları kimi insan haqlarının qorunması belə əməkdaşlığın əsas şərti olmalıdır”, – deyə  müraciətdə qeyd olunur.