Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadının başını kəsiblər

Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadını edam ediblər.

“Daily Mail” nəşrinin verdiyi məlumata görə, 29 yaşlı İsra əl-Humqam hökumət əleyhinə etirazlarda iştirakına görə ölüm hökmünə məhkum edilib.

Qadın Qatif şəhərində keçirilən nümayişdə iştirak etdikdən sonra həbs olunub. Son illərdə İsra əl-Humqam Səudiyyə Ərəbistanında ölüm cəzası alan ilk qadındır.

Məhkəmə qərarı ilə avqustun 20-də Humqamın başı kəsilib.