Siyasi məhbus atası Zəfər Əhmədov azadlıqda

Füzuli Hüseynov (sağda) və siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli

AXCP-dən olan siyasi məhbus Fuad Əhmədlinin atası, ictimai fəalı Zəfər Əhmədov aldığı 30 sutka inzibati həbs cəzasını avqustun 26-da başa vurub və sərbəst buraxılıb. Əqidədaşları və yaxınları Z.Əhmədovu inzibati həbs olunanlar üçün təxridxananın önündə qarşılayıb, evinə müşaiyət etmək istəyiblər. Lakin Z.Əhmədovu saat 17 radələrində, azad edilmə vaxtı çatan kimi dövlət nömrə nişanı 888-lə bitən ağ rəngli Mercedes maşını ilə təcridxanadan çıxarıb aparıblar. Bəzi məlumatlara görə, həmin maşın Xətai Rayon Polis İdarəsinin 36 bölməsinin əməliyatçısına məxsusdur.

Z.Əhmədov artıq evindədir. Təcridxanadan onu polis maşını ilə çaxrıb aparmaları isə onun kütləvi qarşılanmasına imkan verməmək üçün olub.