Ukraynadakı separatçıların lideri öldürüldü

Ukraynanın Donetsk vilayətindəki separatçı qruplaşmanın lideri Aleksandr Zaxarçenko partlayış nəticəsində ölüb.

Rusiya mətbuatı xəbər verir ki, olay Donetsk şəhərinin məkəzindəki “Separ” kafesində qeydə alınıb. Partlayı nəticəsində başqa ölən və yaralananların olduğu da bildirilir.
Ümumiyyətlə, indiyədək Donbasdakı qanunsuz silahlı birləşmələrin məşhur komandirlərinin əksəriyyəti aradan götürülüb. Separatçıların nəzarətindəki ərazilərdə Ukrayna dövlətinə sadiq xeyli adam, o cümlədən keçmiş hüquq-mühafizə orqanları əməkdaşları qalıb. Böyük ehtimalla Ukrayna dövlətinin müvafiq qurumları kəşfiyyat-diversiya əməliyyatlarında onlardan yararlanır.

Başqa bir versiya da var ki, Moskva Qərblə anlaşaraq Donbas problemini həll etmək istədiyi üçün sülhə mane ola biləcək odioz fiqurları aradan götürür.