Yaşasaydı 68 yaşı olacaqdı…

Samir Əsədli

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ən istedadlı və nəcib nümayəndələrindən biri Rafiq Tağının doğum günüdür. Rafiq Tağı həm oxucu sevgisi, həm populyarlığı, həm həbsi, həm də qətli ilə çağdaş yazarların ümumiləşdirilmiş taleyini öz həyatında yaşadı. Yaşasaydı 68 yaşı olacaqdı. Rafiq Tağı həm yazıları ilə, həm də ölümü ilə unudulmadı, yaddan çıxmadı. …Rafiq Tağının ölümü övladlarını atasız, köməksiz qoydu. İndi dövlətdən heç bir qayğı, heç bir dəstək görmədən, Rafiq Tağının qardaşlarının ümidinə qalıb bu ailə. Hər şey bir tərəfə, Rafiq Tağının heç qatili də hələ tapılmayıb. Dedilər guya, İran, radikal dindarlar qıyıb onun canına… Amma üstü açılmadı… Bəlkə də hamımız günahkarıq bu qətildə, hamımız günahkarıq ki, onu qoruya bilmədik. Hamımız günahkarıq ki, qatili hələ də azadlıqda gəzir…Amma tək bir təsəlli, bir sevinc məqamı var: Sevilən və unudulmayan Rafiq Tağı olacaq…