Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 94-ə çatıb

Yunanıstanda tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 94 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin yanğın xidməti məlumat yayıb.

“Şərqi Attikada yanğınlar nəticəsində ölənlərin sayı hazırda 94 nəfər təşkil edir”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl ölənlərin sayı 91 nəfər idi.