Azərbaycan yığması Millətlər Liqasında ilk matçda heç-heçə oynayıb

Azərbaycanın futbol üzrə yığma komandası Bakıda keçirilən Millətlər Liqasında özünün ilk matçında Kosovo yığması ilə 0:0 oynayaraq turnirdə ilk xalını qazanıb.

Azərbaycan yığması ikinci oyunu sentyabrın 10-da Malta komandasına qarşı keçirəcək.

Millətlər Liqasının ən aşağı D divizionunda Farer adaları da çıxış edir.

UEFA Millətlər Liqası Avropa yığmaları arasında futbol turniridir və UEFA rəhbərliyi altında keçirilir.

İlk turnir 2018-ci ildə start götürüb. Turnirdə təsnifat üzrə yüksəlmə və enmə prinsipi mövcuddur. Turnir iki ildə bir dəfə keçiriləcək.

Turnirin prinsiplərinə görə, Avropa yığmaları 2014-cü ildəki reytinqlərinə əsasən dörd diviziona bölünüb və hər divizionda bir neçə qrup formalaşıb.

Turnir yoldaşlıq görüşlərinin əvəzlənməsinə yönəlib və seçmə oyunlarla yanaşı Avropa Çempionatına vəsiqə qazanmaq üçün alternativ imkanlar yaradır.

Hər divizionda qaliblər yarımfinallar və hər qrupda liderlər arasında final yolu ilə müəyyən ediləcək.

Divizion qalibləri Avropa Çempionatına vəsiqə qazanacaqlar və növbəti turnirdə bir divizion yüksələcək, autsayderlər isə əksinə.

D divizionunda 4 qrup var. Onların qalibləri yarımfinallarda və sonra finalda oynayacaqlar.

Divizion qalibi 2020-ci il Avropa Çempionatında çıxış etmək hüququ qazanır. 4 oyun Bakıda Olimpiya stadionunda keçiriləcək.

Bundan əlavə, qalib C divizionuna çıxacaq.

Bu il hər divizionda qaliblər 2020-ci il Avropa Çempionatına vəsiqə qazanacaqlar.