Azərbaycanlı bacılar millət vəkili seçildilər [video]

0

İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından əyalət millət vəkili seçiliblər.

26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.

Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.