BMT Suriyaya dair qətnamə qəbul edib

 BMT-nin İnsan Hüquqları Şurası Suriyaya dair qətnamə qəbul edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, sənəd qurumun İsveçrənin Cenevrə şəhərində keçirilən 39-cu sessiyasında qəbul olunub.

Qətnamənin lehinə Şuranın 47 üzv ölkəsindən 27-si, əleyhinə 4-ü səs verib, 16 ölkə isə bitərəf qalıb.