Etibar Pirverdiyev vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.
***
Prezident İlham Əliyev Balababa Hüseynağa oğlu Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Balababa Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Əvvəlki məqaləYenilik haqda kiçik bir esse
Növbəti məqalədəGürcüstanda dərman qiymətləri aşağı salınıb