Etimad İsmayılovun qatili cinayətin səbəblərini açıqlayıb

İstanbul polisindəki mənbələr Turan agentliyinə bildiriblər ki, sentyabrın 19-da Etimad İsmayılovun qətlinə görə saxlanılan Dəmir Gözəlov bu gün ifadə verib.

D.Gözəlovun sözlərinə görə, o, E.İsmayılovu ofisində qətlə yetirdikdən sonra masına minib hadisə yerindən uzaqlasıb və İstanbulun Etiler səmtində gizlənib.

Lakin polis onun yerini müəyyən edib və tezliklə o, saxlanılaraq polisə aparılıb.

Dindirmə zamanı o bildirib ki, E.İsmayılovla şərik ticarət mərkəzi olub. Elektronik malların satışı ilə məşğul olublar. O etiraf edib ki, E.İsmayılova böyük məbləğdə pul verməliymiş, lakin onu versəydi daha böyük zərərlə üzləşə bilərdi. O üzdən borcu gecikdirirmiş. Bu səbəbdən iki gün öncə D.Gözəlov ilə E.İsmayılov telefonda mübahisə ediblər. Ertəsi gün D.Gözəlov E.İsmayılovun ofisinə gedib onun başına və ürəyinə atəş açıb.

Etimad İsmayılov Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğludur. Qatil Dəmir Gözəlov isə Bakı su polisinin keçmiş rəisidir.