Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

“Report” xəbər verir ki, turun son matçında “Sumqayıt” “Zirə”ni qəbul edib.

Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qol 16-cı dəqiqəyə təsadüf edib. Adil Nağıyev avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən “Suqmayıt” “Sabah”la birgə 2-3-cü yerləri bölüşdürür. “Zirə” isə bir xalla sonuncudur.

Günün digər matçında “Qəbələ” “Keşlə” ilə heç-heçə edib – 1:1. V turun ilk günündə “Neftçi” “Səbail”i 4:0, “Qarabağ” isə “Sabah”ı 2:0 hesabı ilə üstələyib.