Məhbus kimlərlə görüşə bilər

Həbsdə olan ictimai-siyasi fəalların dostları, üzv olduğu partiya və təşkilatlardan olan yoldaşları onlarla görüşə bilmədiklərini deyirlər. Məsələn, 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlının ailə üzvləri onun yaxın dostlarına etibarnamə verib ki, onunla görüşə, ehtiyacı olanları çatdıra bilsinlər. Çünki Ə.Muxtarlının ailə üzvləri Bakıda yaşamır. Ancaq dostları da Əfqanla görüşə bilmədiklərini söyləyirlər.

«Əlimizdə etibarnamə var, buraxmırlar»

«Demək olar ki, hər həftənin cümə günü başqa dostlarımızla birlikdə 16 Saylı Cəzaçəkməəssisəsinə gedirik. Hər dəfə «yox» deyirlər. Apardığımız bağlamanı qəbul eləsələr də, özümüzü görüşməyə qoymurlar. Deyilənə görə, baş idarədən icazə vermirlər. Bizim əlimizdə onun ailəsinin etibarnaməsi var, ancaq yenə buraxmırlar», – Ə.Muxtarlının da üzv olduğu «Nida» Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli AzadlıqRadiosuna danışıb.

Deyir ki, tək Ə.Muxtarlı deyil, «Nida»nın həbsdə olan digər fəallarıyla da görüşmələrinə imkan verilmir. Dəfələrlə bloqqer Mehman Hüseynovla, gənc fəal Elgiz Qəhrəmanla görüşməkdən ötrü 14 Saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, dostlarını görə bilməyib.

AXCP Gənclər Komitəsinin həbsdə olan fəalı Fuad Əhmədli də cəzaçəkmə müəssisəsində ona baş çəkmək istəyən dostlarıyla görüşə bilmir. Atası fər Əhmədli AzadlıqRadiosuna bildirib ki, oğlu ilə görüşmək istəyən dostları, partiyadaşları çoxdur, ancaq Fuadın onlarla görüşməsi yasaqlanıb: «Ancaq ailə üzvləri ilə görüşə bilir – valideynlər, bacı-qardaş. Əmisi oğlu və ya xalası oğlu ilə o halda görüşə bilər ki, o, bizim birimizlə getsin, soyad uyğunluğu olsun, sənədlərlə sübut edə bilsin ki, əmisi və ya bibisi oğludur».

Z.Əhmədli deyir ki, həbsində siyasi motiv, yaxud sifariş olmayan məhkumlar üçün bu məsələ daha rahatdır. Onlar istədikləri dost-tanışlarıyla görüşə bilirlər.

Adları çəkilən məhbuslar siyasi motivlərlə saxlandıqlarını bildirirlər. Amma Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli təqiblər olmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

«Müəssisə rəhbərliyi hesab etsə ki…»

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə deyir ki, məhkuma ailə üzvləri istisna olmaqla, digər şəxslərlə görüş verib-verməmək cəzaçəkmə müəssisəsinin rəhbərliyinin səlahiyyətində olan məsələdir. Bu səlahiyyəti də ona qüvvədə olan qanunvericilik verir: «Qanuna əsasən, məhkumlar ən yaxın qohumlarıyla (ər-arvad, valideyn, övlad, nə-baba) saxlandığı müəssisənin rejim qaydalarına uyğun qaydada, məhdudiyyətsiz görüşə bilərlər. Bu, 4 saata qər qısamüddətli və ya 3 günər uzunmüddətli görüşlər ola bilər. Məhkumun yaxın qohum kateqoriyasına aid olmayan, digər şəxslərlə görüşünəlincə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi bu görüş məhkumun islah olunmasına müsbət təsir göstəyini hesab etsə, icazə verilir. Yox, ər müəssisəhbərliyi hesab etsə ki, bu görüşdən sonra məhkumun davranışında qanunazidd hətlər müşahidə oluna bilər, görüşə icazə verilmir. Rəhbərliyin səlahiyyəti var ki, görüşə şərait yaradılmasın. Qanunvericilik müəssisəhbərliyinə beləlahiyyət verir ki, özü müəyyənləşdirsin».

«Sui-istifadə halları var»

Hüquqşünas şad Əliyev deyir ki, doğrudur, Cəzaların İcrası Məcəlləsinin 81-ci maddəsi məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşlərini tənzimləyir. Məcəllənin 81.4 maddəsində yazılıb: «Məhkumlara müsbət təsir göstə bilək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti təfindən şərait yaradılır».

Hüquqşünas bildirir ki, müəssisə rəhbərliyi görüşə icazə verilmədiyi halda, bunun səbəbi barədə konkret açıqlama verib, hansısa əsas göstərmir. Heç qanun da onun üzərinə səbəb göstərmək öhdəliyi qoymayıb.

«Ancaq bir sıra hallarda bu səlahiyyətdən sui-istifadə olunur. Yerli və beynəlxalq insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslərin ailə üzvlərindən başqa kimsə ilə görüşməsinə imkan verilməməsi suallar yaradır. Başqa məhkumların dost-tanışları, uzaq qohumlarıyla görüşə bilmələri üçün bəzən rüşvət alınması barədə də söz-söhbətlər olur», – R.Əliyev bildirib.

Cəzaçəkmə müəssisələrində rüşvət iddiaları ilə bağlı iddiaları bir gün öncə Penitensiar Xidmət rəsmisi AzadlıqRadiosuna təkzib etmişdi.