Müsavatçı inzibati qaydada həbs edildi

Müsavat Partiyasının üzvü Əziz Qəhrəmanov  XİN qarşısında təkbaşına mitinq keçirdiyinə görə cəzalandırılıb

Sentyabrın 17-də Yasamal Rayon Məhkəməsində onun barəsində 10 günlük həbs qətimkan tədbiri seçiləcək.

Onun “günahı” odur ki, sentyabrın 15-də – Bakının erməni-rus və ingilis işğalçı silahlı qüvvələrindən azad edilməsinin 100 illiyində Xarici İşlər Nazirliyinin qarşısında təkbaşına piket keçirərək Ermənistanla danışıqların imitasiyasına son qoyulmasını tələb edib.